“Şişirdilmiş rəqəmlərdir” – Evi qarət olunan sabiq Baş infeksionistdən AÇIQLAMAbackend

"Şişirdilmiş rəqəmlərdir" - Evi qarət olunan sabiq Baş infeksionistdən AÇIQLAMA

“Bakıda məzilimdən 60 min manata yaxın oğurluq edilib. Hadisə 2019-cu ildə olub”.

KONKRET.az xəbər verir ki, bunu “report”a açıqlamasında Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev deyib.

“Hadisə ilə bağlı polis əməkdaşlarına müraciət etmişəm və hazırda araşdırma aparılır. Şişirdilmiş rəqəmlər çoxdur. O qədər pulu heç kəs evində saxlamaz. Evimdən 60 minə yaxın oğuruq edilib”, – o bildirib.

Qeyd edək ki, C.İsayevin evindən oğurluğu paytaxt sakinləri – Cavid Süleymanov və Əhməd Əhmədov edib. Mayın 20-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hər iki şəxs saxlanılıb.

Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

***

 09:44
Dünən alpinist alətləri ilə binaların damından balkonlara düşərək evlərdən 2 milyonluq oğurluq edən şəxslər tutulub.

KONKRET.az xəbər verir ki, Cavid Süleymanov və Əhməd Əhmədovun oğurluq etdiyi evlərdən biri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub.

Onlar C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb.

Cinayət hadisəsi 2019-cu ilin avqust ayında baş verib. C.Süleymanov oğurluq etmədən əvvəl 2016-cı ildə xarici ölkədə alpinist hazırlayan kurslarda iştirak edib. O, oğurluq etdiyi mənzillərdə iz buraxmamaq, hadisə yerindən yayınmağın yollarını öyrənmək üçün kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında ədəbiyyatlar oxuyub. Həmçinin, əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb. Əhməd Əhmədov isə binaların ətrafında dayanaraq gözətçilik edirmiş.

/qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*