ŞOK: Rusiya Finlandiyanın Karel bərzəxini və Xanko adasını ani hücumla ələ keçirə bilər – İLGİNC DETALLARbackend

ŞOK: Rusiya Finlandiyanın Karel bərzəxini və Xanko adasını ani hücumla ələ keçirə bilər - İLGİNC DETALLAR

Öncə SSRİ-dən, sonra isə Rusiyadan çəkinərək uzun illər ərzində NATO-ya üzv olmağa cəsarət edə bilməyən Finlandiyanın Şimal Alyansına qatılmaq haqqında qərar verməsi bunun hökumət başçısı səviyyəsində dilə gətrilməsi, Qərb və Rusiya arasında soyuq savaşın getdiyini göstərən amillərdən biri kimi qəbul oluna bilər.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Samir Hümbətov səsləndirib. O bildirib ki, Finlandiyanın baş naziri Sanna Marin ölkəsinin NATO-ya üzvlük üçün müraciət etmək imkanını özündə saxladığını deyib: “Bizim NATO-ya üzvlük üçün müraciət etmək imkanımız var və bunu real hesab edirik. Biz həmçinin öz təhlükəsizlik qərarlarımızı vermək üçün seçim azadlığını yüksək qiymətləndiririk. Hazırda regionda vəziyyət qiymətləndirilir və nəticələrə əsasən hərbi bloka üzvlüklə bağlı qərar veriləcək”.

Buradan belə nəticəyə gəlmək mümkündür ki, Finlandiyanın NATO-ya üzv olmaq məsələsinin arxasında bu amillər dayanır:

1. Ukrayna məsələsi ilə əlaqədar Qərb və Rusiya arasında qarşıdurmanın daha da gücləndiyi bir vaxtda NATO-ya üzv olma məsələsində Rusiya daha çox dirəniş göstərə bilməyəcək.

2. Əgər Finlandiya NATO-ya üzv olmasa, onu da Ukrayna, Gürcüstan və Moldovanın aqibəti gözləyə bilər. Hətta 1939-cu ilin payızında SSRİ ilə Finlandiya arasında əldə edilmiş ərazi güzəştlərinin pozulması mümkündür. Nəticədə SSRİ iddia etdiyi dəmir və avtomobil yolları şəbəkəsinə malik Karel bərzəxinin bir hissəsini, eləcə də Fin körfəzindəki adanı və Finlandiyanın Xanko adasını ani bir hücumla ələ keçirə bilər. Bu isə, Finlandiyanın işğalı deməkdir.

3. Finlandiya NATO-ya üzv olmaqla gələcəkdə öz təhlükəsizliyini daha üstün və etibarlı səviyyədə qorumağı hədəfləyir.

Samir Hümbətov - Publika.Az

Politoloqun sözlərinə görə, burada Qərbin də özünəməxsus hədəflərinin olduğu görünür: “ABŞ başda olmaqla Qərbin atdığı addımlar, Rusiyanı bir yox, bir neçə istiqamətdən çevrələməklə onu daha çox təzyiq və təcrid vəziyyətində saxlamağa yönəlib. Finlandiyanı NATO-ya üzv qəbul etməklə məhz buna nail olmaq istəyirlər. O zaman Rusiya təkcə Ukrayna cəbhəsinə deyil, eyni zamanda Şimal cəbhəsinə də diqqət yetirməli olacaq. Bu isə Rusiyanın ordu gücünün paylaşdırılması deməkdir. Finlandiyanın baş naziri Sanna Marinin onu da əlavə edib ki, ölkəsi Avropa İttifaqı ilə də müdafiə sahəsində əməkdaşlığı gücləndirir. Bu isə onu deməyə əsas verir ki, Finlandiya Ukrayna və Gürcüstanın aqibətini yaşamaq niyyətində deyil. Əlbəttə ki, iqtisadiyyatı güclü inkişaf etmiş Finlandiya üçün ən vacib olan məsələ xarici təhlükəsizliyini qorumaqdır. Əgər Finlandiya NATO-ya üzv olarsa, bu Rusiyanın Qərb tərəfindən ciddi çevrələmə siyasəti ilə nəticələnəcək. Həmin hadisəni XX əsrin 50-70-ci illərində SSRİ-nin Qərb tərəfindən çevrələnmə siyasətinə məruz qalması ilə müqayisə etmək olar”.

şviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*