SON DƏQİQƏ: Gürcüstan Ankarada keçiriləcək “3+3” formatında görüşdə iştirakdan imtina etdibackend

SON DƏQİQƏ: Gürcüstan Ankarada keçiriləcək “3+3” formatında görüşdə iştirakdan imtina etdi

Rəsmi Tiflis Ankarada keçiriləcək “3+3” (“3+2”) formatında görüşdə iştirakdan imtina edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri jurnalistlərə açıqlamasında bildirib.

Bundan əvvəl də Gürcüstan formatın Moskvadakı görüşündən imtina etmişdi.

“3+3” platforması region ölkələri arasında əməkdaşlıq, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün yaradılıb.

Əvvəlcə Azərbaycan-Ermənistan-Rusiya, Türkiyə-İran-Gürcüstan bu formatda yer alsa da, rəsmi Tiflis bundan imtina edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*