Sosial şəbəkələr fenomeni, Azərbaycan, türk, talış mahnılarının mahir ifaçısı olan “bəxtsiz xanəndə” kimdir? – VİDEObackend

Sosial şəbəkələr fenomeni, Azərbaycan, türk, talış mahnılarının mahir ifaçısı olan "bəxtsiz xanəndə" kimdir? - VİDEO

Son vaxtlar sosial şəbəkələrdə diqqət çəkən Ülfət Əliyev ecazkar səsi, şirin avazı ilə hər kəsin marağına səbəb olub. Abşeron rayon Ceyranbatan qəsəbə Folklor Evində çalışan Ülfət vaxtilə A.Zeynallı adına musiqi kollecində xanəndə Zabit Nəbizadədən dərs alsa da, peşəkar musiqiçi kimi püxtələşə bilməyib. Daha çox sosial şəbəkələrdən tamaşaçı auditoriyası qazanan Ülfətin ən böyük arzusu sənət aləmində parlamaq, yaxşı bir xanəndə kimi yetişməkdir.

KONKRET.az Ü.Əliyevin istəyini nəzərə alaraq, onunla bağlı maraqlı süjet hazırlayıb. Süjetdə həvəskar musiqiçinin ifasında Azərbaycan, türk və talış dillərində gözəl mahnılar səsləndirilib. Beləliklə, sosial şəbəkələr fenomenini yaxından tanıyaq:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*