“Sülh çağırışları ilə sülhü təmin etmək mümkün deyil” – “Ermənistan” bloku Paşinyana SƏSLƏNDİbackend

“Sülh çağırışları ilə sülhü təmin etmək mümkün deyil” – “Ermənistan” bloku Paşinyana SƏSLƏNDİ

“Atəşkəs rejiminin pozulması qalıcıdır və Ermənistanın “ləyaqətli” hakimiyyəti bu cür hadisələrin qarşısını ala bilmir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər “Ermənistan” blokunun yaydığı bəyanatda yer alıb.

Bəyanatda Paşinyan hökumətinə xitabən bildirilir ki, “sülh çağırışları ilə sülhü təmin etmək mümkün deyil”. Elə bu fikirlərlə də “Ermənistan” bloku hökuməti tənqid edir.

Ermənistan parlamentində ikinci ən böyük fraksiyaya sahib “Ermənistan” bloku  mövcud sənədlər çərçivəsində səlahiyyətlilərdən izahat almaq və cəmiyyət qarşısında hesabatlılıqlarını təmin etmək üçün bütün addımları atacağını vəd edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*