SÜLH və Böyük Qayıdış, yoxsa III Qarabağ savaşı? – GEOSİYASİ DEŞİFRƏbackend

SÜLH və Böyük Qayıdış, yoxsa III Qarabağ savaşı? - GEOSİYASİ DEŞİFRƏ

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması diqqət çəkir.

KONKRET.az xəbər verir ki, bunu DTX rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinski deyib.

Öncəki yazıların birində həmkarım Natiq Səlim belə bir cümlə işlədib: Qarabağ savaşı olmayacaq, Zəngəzur dəhlizinin dəmiryol hissəsi 2023-də açılacaq“.

Bəli, Həkəri çayı üzərindən Azərbaycanın ən böyük dəmiryol körpüsünün inşası nəzərdə tutulub. Putin də Ermənistanla Azərbaycanı birləşdirəcək dəmir yolu xəttinin lehinədir. Rusiya lideri bunu gizlətməyib. Amma bu xəttin Zəngilan-Meğri-Ordubad marşrutu üzrə hərəkəti gözlənilir. Yəni Ermənistanın cənubu, Naxçıvanın şimalı ilə əhatələnəcək koridordan söhbət getmir. O ki qaldı III Qarabağ savaşının olmayacağına, bəs qondarma rejimə silah niyə daşınır?

Əldə etdiyim məlumata görə, Ruben Vardanyan dekabrın 10-da Xankəndidə hərbi parada hazırlaşır.

Niyə məhz 10 dekabr?

Çünki Azərbaycan II Qarabağ müharibəsindən sonra dekabrın 10-da Qələbə Paradı keçirtmişdi. Paradda Azərbaycanın müdafiə potensialı və Ermənistan ordusunun qoyub qaçdığı hərbi qənimətlər nümayiş etdirilmişdi. Vardanyan 2 ildən sonra parada paradla cavab vermək istəyir ki, “bu hələ son deyil və sizin zəfərin intiqamını “arsax” qələbəsi ilə alacağıq”. Paradda Vardanyana Rusiya və İranın da yardım etdiyi deyilir. Bu da təsadüfi deyil:

Arazı ayırdılar,

Lil ilə doyurdular.

Mən səndən ayrılmazdım

Zülm ilə ayırdılar.

Ay Laçın, can Laçın,

Mən sənə qurban, Laçın.

Türkiyə lideri Ərdoğanın səsləndirdiyi bu şeirin Arazı ayırdılar hissəsi fars mollaların əmmaməli başına o vaxtdan qaşınma salıb. Laçın sonluğuna görə isə Moskva ilə İrəvan indiyədək qıvrılır.

O ki qaldı III Qarabağ savaşının olmayacağına:

– Sülh danışıqları gedir;

– Ermənistanın yeni savaşa hazır olması ən tezi 2025-cən çəkər;

– Hazırda dəmiryol xətti salınır;

– İqtisadi layihələr icra olunur;

– Rusiyaya ikinci cəbhə lazım deyil;

O ki qaldı III Qarabağ savaşının olacağına:

– İnsanların qayıdışı üçün tələskənlik yoxdur. Səbəb onların həyat təhlükəsizliyi, minatəmizləmə və bərpa işlərinin hələ yekunlaşmamasıdır;

– İşğaldan azad olunan torpaqlarda çoxsaylı beynəlxalq hava limanlarının inşası;

– Azərbaycanın rus sülhməramlı missiyasının xidmət müddətini uzatmaq istəməməsi;

– Qondarma rejimin tərkisilah olunmaması, əksinə silahlanması;

– Artan İran təhdidi;

Bundan başqa, müharibəni qaçılmaz edən ən əsas səbəb Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxartmaq istəyidir. O səbəbdən Vaşinqton-Brüssel Azərbaycanın sülh şərtlərini Ermənistana da qəbul elətdirmək istəyir ki, region Rusiyaya “davay dosvidaniya” desin. Kreml isə kandarda dayanıb qapının üzünə bağlanmasına imkan vermir. Lazım gəlsə, üz-gözünü də cırmaqlayıb bardaş qurmağa çalışacaq. Yəni ruslar dəvəquşu kimi başın torpağa soxub yanın çöldə qoysa da, Cənubi Qafqazdan çıxmaq istəməyəcəklər. Qərblə ortaq məxrəcə gələ bilməsələr, Cənubi Qafqazla yanaşı, Orta Asiya da yeni münaqişə zonasına çevrilə bilər.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*