Sumqayıtda qadını və azyaşlı oğlunu maşın vurdu: Ana komadadırbackend

Sumqayıtda qadını və azyaşlı oğlunu maşın vurdu: Ana komadadır

Bu gün səhər saatlarında Sumqayıtda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 4 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

Hadisə zamanı üçüncü sinif şagirdi Nurlan Əmənli və anası Sevil Bağışova ciddi xəsarətlər alıblar.

Yaxınlarının verdiyi məlumata görə, azyaşlının iki ayağında sınıq aşkarlanıb, ana isə komadadır.

Laçın rayon sakini olan hər iki şəxs Sumqayıtda aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*