Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürdübackend

Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürdü

Sumqayıtda naməlum piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

Sürücü Babək Əliyev idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*