“Qadını evdə işlədib, bu onun “borcudur” təfəkküründə olan insanlarla çox uzağa getməyəcəyik”.
KONKRET.az xəbər verir ki, tanınmış aparıcı Tural Yusifov instagram səhifəsində millət vəkili Musa Quliyevin “Kişilər ev işlərinə görə həyat yoldaşlarına pul ödəməlidir” təklifinə münasibət bildirib.
Aparıcı qeyd edib ki, deputat ömründə bir dəfə düz söz desə də bu mənasız söz-söhbətlərə yol açıb:
“Qadının işi yalnız ev olmamalıdır. Qadın oxumalıdır, işləməlidir. Kişi yalnız ehtiyat hissəsidir. Məsələ qadının üzərində qurulub. Bu arada, özünə müsəlman deyən toplum İslamda olan bir neçə məsələni unudub deyəsən. Qadın uşağa verdiyi südün pulunu kişidən istəyə bilər. Kişi qazancını qadınla mütləq bölməlidir. Qadın isə kişi ilə bölməyə bilər. Əgər İslamdan danışırıqsa, İslam da bunu deyir. Yalnız millət vəkili deyil. Qadın seksual obyekt, hislərimizin təmin olunması, ev işləri görüb uşaqlara baxan varlıq deyil. Qadına qul kimi baxan, çevrilib onu dünyaya gətirən anaya baxsın. Sən sadəcə sperma gəzdirən bankasan. O, isə həyat verir. Həyata yalnız lağ-lağı prizmasından baxmaq lazım deyil. Yumor hissiniz zəif, zarafat obyektiniz isə səhvdir”.
Посмотреть эту публикацию в Instagram

Çox şakaçısın)).Kişi pulunu qadınla böləndə onda kommunal xərcləri, ərzaq pulunu, uşaqların xərclərini də yarıya bölməlidirlər? Bu nə zehniyyətdir Sizdə?