backend

Tarif Şurası qazın qiymətinə dəyişiklik etdi

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında təbii qazın tariflərinə baxılıb, müvafiq qərarlar qəbul edilib.

KONKRET.az Tarif Şurasına istinadən xəbər verir ki, əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.

  • Tahir
    Oktyabr 16, 2021 - 16:59

    Çox doğru, vaxtında verilmiş qərardır. Bir neçə ay bundan əvvəl Avropada qazın qiyməti 300 dollar oldu. İndi az qala 1300 dollardır. İndi hökumətimiz Avropadan daxili təlabat üçün 12 milyard qazı 1300 manata necə alsın və Qalib xalqa neçəyə satsın? Bu məsələdə günah varsa o da Avropadadır. Ən çoxu da erməninin dostu Makaronu nədi bax onda və bir də Trampda. Odur ki işləməyənlər və pensiya almayanlar sizə bəri başdan bir qəşəng ” FATİHƏ” Ürəyi zəif olanlar isə Tarif müəllimin bayramqabağı təbrikindən dərhal sonra vaxt itirmədən uje qəbiristanlığa doğru növbə tutub gedirlər heç noyabrin birinə də qalmazlar. Bax təbii seçim belə getməlidir.Xəstəsini, az yeməkdən immuniteti zəif olanı Covid19- un əli ilə, yerdə qalanını da bəd xəbərlər, qışın soyugu ilə o məsələ…Bizə 10 milyon nəyə lazımdır? Hərbiyə,güc strukturlarına, SOKAR-a və s. cəmisina 500000, qalanlarına da izagı 500000 adam polnı bəsdi ki bu da eləyir 1000000. 9 milyon artıqdı, qırılmalıdır. Tək bizdə yox bütün dünyada belə olajax. Prosta biz bərk gedən olduğumuz üçün bir az qabaga düşməliyik ki, paxıllıqdan erməninin canı yansın…

  • Həsənov Ələsgər Abış oğlu
    Oktyabr 16, 2021 - 17:20

    Təbii ki, vaxtında verilmış qərardır. Qabaqdan qış gəlir, aldığımız pensiya, artıqlaması ilə bəs edir. Qazın dünyada qiyməti çox qalxıb, yəqin qorxurlar ki, evdə qazı balonlara doldurub, qonşu olkələrə və avropaya daşıyıb sataq! Qardaş tarif şurasına halal olsun, kişilər bilirlər də, nə edirlər. Halal olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*