Tehran qorxu içində: İran cənubdakı soydaşlarımıza qarşı repressiyaya başlaya bilər – Açıqlamabackend

Tehran qorxu içində: İran cənubdakı soydaşlarımıza qarşı repressiyaya başlaya bilər - Açıqlama

Ərdəbildən olan deputat və Rəisiyə yaxınlığı ilə tanınan Əli Nikzad deyir ki, “ölkənin şimal-qərbində yaşayan əhali və azəri türkləri fitnə və ixtilafların əsirinə çevrilməyəcəklər”.

İranlı deputatın fikirlərini KONKRET.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ərdəbili təmsil edən deputatın dilindən belə bir açıqlamanın verilməsi Tehranın qorxularından xəbər verir: “Azərbaycanla sərhəddə keçirilən təlimlərdə əsgərlərin Bozqurd salamı verməsi, bu qorxunun ciddi əsasının olduğunu göstərir. İstisna deyil ki, İran cənubdakı soydaşlarımıza qarşı repressiv addımlarını genişləndirəcək”.

Məhərrəmlik üzərindən həyata keçirilən təhlükəli oyun...

Siyasi şərhçi əlavə edib ki, Azərbaycanda baş verən hər şeyi beynəlxalq platformalara çıxaran bəlli qruplar indi diqqətlərini cənuba yönəltsələr, imkanlarını Arazın o tayındakı azərbaycanlılar üçün istifadə etsələr, yaxşı olar.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*