Tramp və Netanyahunun İran planı iflas etdi – Əraqçibackend

Tramp və Netanyahunun İran planı iflas etdi - Əraqçi

İranın Xarici İşlər Naziri Abbas Əraqçi bildirib ki, Tehrana qarşı yönəlmiş rəqiblərin ölkədə hakimiyyəti sürətlə dəyişdirmək planları iflasa uğrayıb.

KONKRET.az xəbər verir ki, əvvəlcə rəqiblər “bir neçə gün ərzində sürətli və təmiz qələbə” qazanmağı nəzərdə tutmuşdular.

Onlar hesab edirdilər ki, iki-üç gün ərzində hakimiyyəti dəyişdirə biləcək və sürətli qələbə əldə edəcəklər, lakin heç nə alınmadı. Plan A uğursuz oldu. İndi digər planları reallaşdırmağa çalışırlar, amma onlar da uğursuzluqla nəticələnir”, – deyə İran XİN başçısı bildirib.

Əraqçi həmçinin vurğulayıb ki, İranın rəqiblərinin “konflikti real şəkildə sona çatdırmaq üçün real ssenarisi yoxdur”. Onun sözlərinə görə, ölkəyə qarşı hücumlar davam edir, lakin aydın strategiya yoxdur.
Nazir əlavə edib ki, baş verənlərdən sonra ABŞ-la danışıqlar artıq nəzərdən keçirilmir:

“Biz amerikalılarla danışıqlar zamanı çox acı təcrübə yaşamışıq. Onlar bizə hücum etməyəcəklərini vəd etmişdilər. Danışıqlarda irəliləyişlə bağlı bəyanatlardan sonra belə, onlar yenə də hücum etməyə qərar verdilər”, – deyə Əraqçi vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*