Tural Gəncəliyev: “Erməni terrorçuları ya ərazilərimizdən çıxarılmalı, ya da cəzalandırılmalıdır”backend

Tural Gəncəliyev: “Erməni terrorçuları ya ərazilərimizdən çıxarılmalı, ya da cəzalandırılmalıdır”

“Azərbaycanın suveren ərazilərindəki erməni terrorçuları ya çıxarılmalı, ya da Azərbaycan qanunvericiliyinə müvafiq şəkildə cəzalandırılmalıdır”.

KONKRET.az xəbər verir ki, bunu “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev “Twitter” hesabında yazıb.

“Azərbaycanın Qarabağ regionundakı bütün erməni terrorçu birləşmələri ya bizim suveren ərazilərimizdən çıxarılmalıdır, ya da Azərbaycan qanunvericiliyinə müvafiq olaraq cəzalandırılmalıdır. Üçüncü seçim mümkün deyil”, – deyə deputat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*