Türkiyə düşməni olan Menendez bəzi günahları arvadının üzərinə atır – TƏFƏRRÜATbackend

Türkiyə düşməni olan Menendez bəzi günahları arvadının üzərinə atır - TƏFƏRRÜAT

Türkiyə əleyhinə açıqlamaları ilə tez-tez gündəmə gələn ABŞ senatoru Bob Menendez evindən tapılan qızıllara görə məsuliyyəti həyat yoldaşı Nadine (Arslanyan) Menendezin üzərinə qoymağı planlaşdırır.

Artıq onun həyat yoldaşına qarşı rüşvət ittihamı irəli sürülüb.

KONKRET.az xəbər verir ki, Nyu-York məhkəməsinə təqdim edilən ittihamnamədə Bob Menendez və həyat yoldaşı Nadin rüşvət almaqda günahlandırılıb. Evində axtarış zamanı tapılan qızıl külçələr və gizli pullarla yanaşı, Menendezin Misirə rəsmi yardıma təsiri və Misir əsilli iş adamları və şirkətlərlə əlaqələri, xüsusən də Senatın Xarici Əlaqələr Komitəsinə sədrliyi dövründə etdiyi qanunsuz hərəkətləri üzə çıxıb.

İttihamlardan sonra Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməli olan Menendezin evindən tapılan külçə qızılın 2013-cü ildə baş verən oğurluq hadisəsi ilə əlaqələndirilməsi də gündəmdə idi.

Yeni açılmış məhkəmə sənədlərinə görə, Menendez ittihamları həyat yoldaşı Nadinin üzərinə atmağa hazırlaşır. Senatorun hüquq qrupunun hazırladığı müdafiədə məlum olub ki, Menendezin həyat yoldaşı Nadini ondan qızıl külçələr və nağd pullarla bağlı məlumatları gizlədib. Bu isə ayrıca ittiham aktı deməkdir.

ABŞ mediası yazır ki, Menendezin arvadı onu aldadıb və məlumatı gizlətdiyi üçün qızılları gizli qəbul edib.

Xatırladaq ki, Kuba əsilli mühacir ailəsinin oğlu olan Menendez Türkiyə əleyhinə fikirləri və ABŞ Konqresindəki yunan və erməni lobbisinə yaxınlığı ilə tanınır.

ABŞ-ın Türkiyəyə F-16 satmasına qarşı çıxan aparıcı simalardan biri olan Menendez Türkiyənin Aralıq dənizi və Egeydəki siyasətlərindən narahatlığını hər fürsətdə gündəmə gətirirdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*