“Türkiyə ilə problemlərə yanaşmamız hər məsələdə üst-üstə düşmür” – Sergey Lavrovbackend

"Türkiyə ilə problemlərə yanaşmamız hər məsələdə üst-üstə düşmür" - Sergey Lavrov

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünyadakı böhran vəziyyətlərini həll etmək üçün Türkiyə ilə qarşılıqlı əlaqələrini davam etdirəcəyini söyləyib.

“RİA Novosti”-nin verdiyi xəbərə görə, S.Lavrov bu barədə Yunanıstandan olan həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Bizim Türkiyə ilə münasibətlərimiz yaxşıdır, amma problemsiz də deyil. Bizim bu və ya digər problemlərə yanaşmamız hər məsələdə üst-üstə düşmür. Ancaq ortaq məxrəclər tapanda faydalı şəkildə güclərimizi birləşdiririk və böhran şəraitinin nizama salınmasına çalışırıq.

Biz bu qarşılıqlı əlaqəni Türkiyə ilə davam etdirəcəyik”, – deyə S.Lavrov fikrini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*