Rusiya Quru Qoşunlarının 42-ci motoatıcı qvardiya diviziyasının 291-ci motoatıcı alayında xidmət edən polkovnik-leytenat Dibir Dibirov Ukrayada hərbi əməliyyatlar nəticəsində ölüb.
KONKRET.az UNIAN-a istinadən xəbər verir ki, 291-ci motoatıcı qvardiya alayı Çeçenistanın Borza yaşayış məntəqəsində yerləşir.
Qeyd olunub ki, D.Dibirov Suriyada Bəşşar Əsədə sadiq qüvvələr sırasında döyüşüb. Onun dinc sakinləri öldürdüyü bildirilir.
BBC-nin məlumatın görə, aprelin 6-dək Ukraynada aralarında kiçik rütbəli zabitlər və generallar da olmaqla, Rusiyanımn 1 083 zabit ölüb. Onlarda 217-sinin kimliyi müəyyənləşib.
