Rus ordusunu işğal etdikləri mövqelərindən qovan ukraynalı hərbçilər gördüklərini lentə alıblar.
KONKRET.az xəbər verir ki, Ukraynada Rusiyanın həyata keçirdiyi “xüsusi əməliyyatlar”da rus ordusunun törətdiyi çoxsaylı cinayətlər üzə çıxıb. Buça, İrpen, Mariupol və digər şəhərlərdəki vəhşilikləri bütün dünyaya məlumdur.
“Yenilməz” Rusiya ordusunun əsgərləri təkcə bu cinayətləri ilə deyil, həm də talançılığı ilə də “məşhur”laşıb. Onlar işğal etdikləri şəhərlərdə evlərə daxil olub təcavüz, təhqir, işgəncə, qətl və s.-lə yanaşı, soyğunçuluqla da məşğul olublar.
Buna sübut kimi, Ukrayna ordusunun hərbçiləri işğaldan azad etdikləri postlarda gördüklərini lentə alaraq yayımlayıblar. Rus ordusunu mövqelərindən qovan ukraynalı hərbçilər postda gördükləri həm gülüş doğurur, həm də rus ordusunun nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir.
Həmin kadrları təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az