Vidadi Muradov bu vəzifəsindən də AZAD EDİLDİbackend

Vidadi Muradov bu vəzifəsindən də AZAD EDİLDİ

Azərxalça ASC-nin İdarə heyətinin həbs edilən sabiq sədri Vidadi Muradov Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən azad edilib.

KONKRET.az report-a istinadən xəbər verir ki, o, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri vəzifəsindən çıxarılıb.

Həmçinin həmin sektor da ləğv edilib.

Qeyd edək ki, V.Muradov yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Daha sonra yanvarın 10-da Prezident İlham Əliyev onu Azərxalça ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*