“Wall Street Journal”: “Azərbaycan bütün mədəniyyət abidələrinə hörmətlə yanaşır”backend

“Wall Street Journal”: "Azərbaycan bütün mədəniyyət abidələrinə hörmətlə yanaşır"

“Azərbaycan bütün mədəniyyət abidələrinə hörmətlə yanaşır”.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Wall Street Journal” nəşrində bildirilib.

Nəşr Azərbaycanın hər zaman bütün millətlərin və dinlərin insanları üçün  təhlükəsiz bir ev olduğunu, tarixi, mədəni və xüsusilə dini binalara və abidələrə heç zaman zərbə vurmadığını xüsusi vurğulayıb:

Bir çox dinlərin təmsilçilərinin məskəni olan çoxmədəniyyətli Azərbaycan hər zaman bütün millətlərin və dinlərin insanları üçün bir ev olmuşdur. Əsrlər boyu insanlar burda birgə yaşamış və dinc şəkildə yan-yana çalışmışdır. Xristian icması Azərbaycan cəmiyyətinin fəal bir hissəsidir. Ölkədəki abidələr və ibadət yerləri dövlətin himayəsindədir və mütəmadi olaraq bərpa olunur. Təsadüfi deyil ki, Papa Franciski 2016-cı ildə Bakıya səfəri zamanı Azərbaycandakı dini tolerantlığı bütün dünyaya nümunə kimi qiymətləndirdi. Münaqişə başlayandan bəri Ermənistan dəfələrlə Azərbaycanı məbədləri və digər tarixi cəhətdən həssas abidələri dağıtmaqda günahlandırmağa çalışdı. Heç bir əsaslı dəlil və müstəqil beynəlxalq təşkilatların təsdiqi olmadan bunlar müzakirə edildi. Amma görünən odur ki, Azərbaycan tarixi, mədəni və xüsusilə dini binalara və abidələrə heç zaman zərbə vurmayıb. Əksinə, Azərbaycan yalnız öz ölkəsində deyil, bütün dünyada xristian mədəni yerlərinin qorunmasına hər zaman öz töhfəsini verdi. Azərbaycan Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva deyir ki, “Sülh müqaviləsi imzalandıqdan sonra ermənilərin abidələri, evləri, meşələri və mühüm infrastrukturu – məktəbləri və xəstəxanaları necə məhv etdiklərinə bütün dünya şahid oldu. Bu məhv heç bir məqsədə xidmət etmir və yalnız tarixin məhv edilməsinə, uzun müddətə ziyan vurmasına və bərpa prosesinə müdaxilə edilməsinə yönəldilmişdir. Franklin D. Ruzveltin dediyi kimi “Müharibəni görmüşəm … Müharibədən nifrət edirəm.” Azərbaycan dini abidələri qoruyan barışıq və yenidənqurma təmin etməyi öhdəsinə götürmüş bir barş ölkəsidir. Biz səmimi qəlbdən ümid edirik ki, Ermənistan sülh sazişinə əməl edəcək və daha çox dağıntı və faciəvi itkilərin qarşısını alacaq”.

Tərcümə etdi:

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*