Xaçmazda avtomobil motosikletlə toqquşdu – Ölən varbackend

Xaçmazda avtomobil motosikletlə toqquşdu - Ölən var

Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində sonuncunun sürücüsü – rayon sakini 1991-ci il təvəllüdlü Əliyev Rəhman Ramazan oğlu aldığı xəsarətlərdən yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*