Xalq artistinin SON DURUMU – AÇIQLAMAbackend

Xalq artistinin SON DURUMU - AÇIQLAMA

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.

KONKRET.az xəbər verir ki, bunu report-a açıqlamasında onun həyat yoldaşı Güllü Hüseynova deyib.

O qeyd edib ki, Xalq artistinin səhhəti normaldır:

“Həkimlər bütün günü müayinələr aparır, müalicə edirlər”.

G.Hüseynova həyat yoldaşının müalicəsini diqqətdə saxladıqlarına görə bir daha ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Xatırladaq ki, səhhətində problemlər yaranan Xalq artisti yanvarın 28-də xəstəxanaya yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə R.Hüseynovun müalicəsi nəzarətə götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*