Azərbaycan Xarici İşlər Nazirliyi Holokost qurbanlarının Anım Günü ilə bağlı “Tvitter” səhifəsində paylaşım edib.
KONKRET.az xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün Holokost qurbanlarının Anım Günüdür – dövrümüzün ən dəhşətli cinayətlərindən biri. Bu gün nifrət, soyqırımı, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlamaq və birlikdə qarşı durmaq üçün bir araya gəlirik”.
