Xocəsəndə aşan yük maşını yolu bağladı – Videobackend

Xocəsəndə aşan yük maşını yolu bağladı - Video

Bu gün Xocəsən-Sədərək yolunda “KamAZ” markalı yük avtomobilinin iştirakı ilə qəza baş verib.

KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

İlkin məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində yük maşını aşıb və yolu bağlayıb.

Xəsarət alanlar barədə məlumat yoxdur. Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*