Yaponiya Rusiyanın “Sarmat” raketi sınaqlarına münasibət bildirdibackend

Yaponiya Rusiyanın “Sarmat” raketi sınaqlarına münasibət bildirdi

Yaponiya “Sarmat” qitələrarası ballistik raketinin buraxılması ilə bağlı fikir bildirib.

KONKRET.az xəbər verir ki, ölkənin Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno hökumətin Rusiyanın hərbi fəaliyyətinə nəzarəti davam etdirəcəyini qeyd edib.

“Biz bu raket buraxılışı da daxil olmaqla, Rusiyanın hərbi fəaliyyətini yaxından izləməyə və məlumat toplamağa davam edəcəyik”, – deyə dövlət rəsmisi bildirib.

Bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki vurğulamışdı ki, “Sarmat” raketinin sınaqdan keçirilməsi ABŞ-ın Ukrayna ətrafındakı vəziyyətlə bağlı mövqeyinə təsir göstərməyəcək.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*