Yaxın 6 ildə Türkiyənin yarısı su qıtlığı ilə üzləşəcəkbackend

Yaxın 6 ildə Türkiyənin yarısı su qıtlığı ilə üzləşəcək

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı qlobal iqlim böhranı şəraitində sudan səmərəli istifadənin əhəmiyyətini bildirib.

KONKRET.az xəbər verir ki, “Sudan Səmərəli İstifadə Kampaniyası”na həsr olunan görüşdə nazir vurğulayıb ki, müasir şəraitdə quraqlıq, zəlzələ və daşqınların nəticələrinə nəzər salanda fəlakətli mənzərə ilə rastlaşırıq.

Yumaklı xəbərdarlıq edir ki, mövcud tendensiyalar davam edərsə, 2030-cu ilə qədər ölkənin su ehtiyatları nəzərdə tutulduğundan da aşağı səviyyələrə düşə bilər.

O, Türkiyənin ciddi su qıtlığı yaşayan ölkələr sırasına daxil olması ilə bağlı narahatlığını ifadə edib. Nazir həmçinin xəbərdarlıq edib ki, yaxın 6 ildə Türkiyə əhalisinin yarısı su qıtlığı ilə üzləşə bilər. Ölkənin su ehtiyatlarının 20%-nin azalacağı gözlənilir: “Biz bu prosesi idarə edə, böhrana çevrilməsinin qarşısını ala bilərik. Bu, hamımız üçün tarixi məsuliyyətdir”, – deyə Yumaklı bildirib.

O, 31 yanvar 2023-cü il tarixində Əminə Ərdoğanın himayəsi ilə sudan səmərəli istifadə kampaniyasına start verildiyini də xatırladıb. Lakin bu yaxınlarda baş verən dağıdıcı zəlzələ hökuməti planlaşdırılan tədbirlərin bir qismini təxirə salmağa məcbur edib. Nəhayət, Yumaqlı sudan səmərəli istifadəyə dair onillik fəaliyyət planının dərc olunduğunu açıqlayıb.

Vəli Həsənov,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*