“Yaxşı ki, bizi hersoq Ferdinandın qətlində günahlandırmırlar” – Lavrovdan İRONİYAbackend

“Yaxşı ki, bizi hersoq Ferdinandın qətlində günahlandırmırlar” - Lavrovdan İRONİYA

“Yaxşı ki, bizi hersoq Ferdinandın qətlində günahlandırmırlar”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov meksikalı həmkarı ilə danışıqlarının yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

Bolqarıstanın rəsmi Moskvanı 2011-2020-ci illər ərzində ölkənin silah zavodlarında baş verən partlayışlarda ittihamlarına Rusiya XİN başçısı belə cavab verib:

“Yaxşı ki, hələ bizi hersoq Ferdinandın qətlində günahlandırmırlar”.

S. Lavrov qeyd edib ki, Avropa İttifaqı silah anbarlarının özəl sahibkarlarla nə əlaqəsinin olmasını araşdırmalıdır.

Qeyd edək ki, Bolqarıstan Prokurorluğu altı rusiyalını 2011-2020-ci illərdə ölkənin bolqar silah ticarətçisi Emilyan Qebrevə məxsus dörd silah zavodunda partlayışlar törətməkdə şübhəli bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*