Yol polisi bu dəfə sürücüləri deyil, sərnişinləri hədəf seçdibackend

Yol polisi bu dəfə sürücüləri deyil, sərnişinləri hədəf seçdi

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişindaşıma fəaliyyətində təhlükəsizlik məsələləri ilə bağlı tədbir keçirib.

KONKRET.AZ xəbər verir ki, DYP-dən bildirilib ki, yol polis əməkdaşları bu dəfə sərnişin daşıyanları deyil, sərnişinlərin özlərinin maariflənməsini hədəf seçiblər.

Dövlət Avtomobil Nəzarəti Xidmətinin və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin təmsilçilərinin, eləcə də KIV nümayəndələri qatıldığı tədbir kompleks daxilində və avtobuslarda bilavasitə sərnişinlərin iştirakı ilə gerçəkləşib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları elektron və çap materialı formasında hazırladıqları tövsiyə xarakterli posterin məzmununu barədə sərnişinlərə məlumat verərək onları yollarda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar edib və belə hallara qarşı birgə mübarizənin əhəmiyyətindən danışıblar.

Posterdə sərnişinlərə xitab edilərək, onlara: həyatlarını etibar etdikləri sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozması hallarına biganə qalmamaq, nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, belə söhbətlərdə iştirak edən sürücülərə etiraz etmək, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edən, ümumiyyətlə yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirmək və onları intizamlı olmağa dəvət etmək tövsiyə edilir.

Bununla yanaşı posterdə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində dərhal Baş Dövlət Yol Polisi İdarəsinin “902” Qaynar Xəttinə məlumat vermələri də sərnişinlərdən xahiş olunur.

Bir cavab yazın