“Yuxarı Lars” keçid məntəqəsində 1300-ə yaxın erməni maşını toplanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin keçid məntəqəsində gömrük attaşesi Vaan Akopyan məlumat verib.
Onun sözlərinə görə, bu, kifayət qədər böyük rəqəmdir.
Vaan Akopyan bildirib ki, sözügedən vəziyyət müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlıdır. Hazırda yol qardan təmizlənir.
Gömrük rəsmisinin sözlərinə görə, əks istiqamətdə hərəkət etmək üçün 400 erməni maşını gözləyir.
Günel Mikayılova,
KONKRET.az