Zelenski: “Ukraynanın Rusiya ilə danışıqlarda səbri tükənib”backend

Zelenski: "Ukraynanın Rusiya ilə danışıqlarda səbri tükənib"

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevin Rusiya ilə danışıqlarda səbrinin tükəndiyi barədə xəbərdarlıq edib.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın Siyasi Araşdırmalar İnstitutunun tələbələri qarşısında virtual çıxışında deyib.

“Nə qədər ki, gec deyil, biz bu müzakirələri, bu danışıqları aparmağa hazırıq. Lakin hər yeni Buça, hər yeni Mariupol, onlarla insanın öldüyü hər yeni şəhər, zorlama halları, hər yeni vəhşilik ilə danışıqlar aparmaq arzusu və imkanı, eləcə də bu problemi diplomatik yolla həll etmək imkanı yoxa çıxır”, – Ukrayna lideri deyib.

Prezident Zelenski Kiyevin müharibədə qalib gələcəyi və Ukraynaya aid olan bütün əraziləri geri alacağına dair qətiyyətli olduğunu bildirib.

O, ölkəsinin Avropa İttifaqına daxil olmasının vacibliyini bir daha vurğulayaraq, Ukraynanın İttifaqa daxil edilməsi üçün qarşı tərəfi önəmli addımlar atmağa çağırıb.

“Ukrayna yalnız digər dövlətləri gücləndirəcək, ordumuz öz imkanlarını nümayiş etdirdi. Xalqımız özünü sübut etdi”, – Zelenski vurğulayıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*