12 yaşlı qız 63 yaşlı kişiyə ərə getdi – ŞOK HADİSƏbackend

12 yaşlı qız 63 yaşlı kişiyə ərə getdi – ŞOK HADİSƏ

Qanada 12 yaşlı qız 63 yaşlı keşişlə evlənib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, artıq qız polisin himayəsi altına alınıb.

Paytaxtdakı yerli icmaya xidmət edən nüfuzlu bir keşişin ofisi “nikahı” müdafiə edib.

Qeyd edək ki, Qanada evlilik üçün qanuni minimum yaş həddi 18-dir. Son illərdə ölkədə uşaq nikahlarının sayı azalsa da, bu hal davam edir.

Polis bildirib ki, onlar qızın şəxsiyyətini müəyyənləşdirə biliblər və o, hazırda anası ilə birlikdə onların himayəsindədir.

 

Hadisə ilə bağlı istintaq davam edir. 12 yaşlı qızın özündən qat-qat böyük kişiyə ərə getməsi ölkə daxilində səs-küyə səbəb olub. İctimaiyyət keşişin həbsini tələb edib.

 

Qeyd edək ki, əxlaqsızlıq nikahda günahlandırılan keşiş Nuumo Borketi Laveh Tsuru paytaxt Akkranın Nungua bölgəsində yaşayan icmanın hörmətli üzvüdür.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*