2035-ci ilə qədər Rusiya əhalisinin sayı 12 milyona qədər azalacaq – ŞOK PROQNOZbackend

2035-ci ilə qədər Rusiya əhalisinin sayı 12 milyona qədər azalacaq - ŞOK PROQNOZ

Rusiyanın aparıcı demoqraflarından olan Aleksey Rakşayın rəsmi dövlət statistikasına əsaslanan məlumatına görə, ölkənin təbii əhalisi 2020 -ci ilin oktyabrından, 2021 -ci ilin sentyabrına qədər 997 min nəfər azalıb.

KONKRET.az xəbər verir ki, Aleksey Rakşayın məlumatına görə, 2020 -ci ilin əvvəlindən bu yana ölənlərin sayında 660 min artım müşahidə olunub. 145 milyonluq Rusiya əhalisinin sayı uzun müddətdir ki, azalma tendensiyası ilə davam edir.

Bu səbəbdən də, prezident Putinin qərarı ilə  ailələri uşaq sahibi olmağa təşviq etmək üçün 2-dən çox övladı olanlara böyük dəstək verilir. Buna baxmayaraq 2035-ci ilə qədər Rusiya əhalisinin 12 milyona qədər azalacağı gözlənilir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*