“Baş nazir olmaq ambisiyam yoxdur” – Melkonyanbackend

“Baş nazir olmaq ambisiyam yoxdur” - Melkonyan

“Bir neçə gün əvvəl arxiyepiskop Baqrat Qalstanyana özü ilə bel çantası götürməyi məsləhət bildim, amma o, məsləhətlərimə qulaq asmadı. İndi mən onu başına papaq qoymağa çağırıram. Çünki gün vurub və ona nəsə olub”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan müdafiə nazirinin keçmiş müavini, hakim “Mülki Müqavilə” partiyasının deputatı Qaqik Melkonyan deyib.

O bildirib ki, üzvü olduğu partiya baş nazirə etimadsızlıq barədə düşünmür:

“Baş nazirimiz qanuni şəkildə seçilib. Bu mövzu bağlanıb. Əgər varsa, real namizədlərini təqdim etsinlər”, – deyə deputat əlavə edib.

Qalstanyanın Qaqik Melkonyanın hökumət başçısı olması məsələsinin müzakirə olunduğu ilə bağlı ironik açıqlamasına gəlincə, deputat deyib:

“Mənim baş nazir olmaq ambisiyam yoxdur”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*