ABŞ-ın keçmiş prezidenti Donald Tramp uzun fasilədən sonra kameralar qarşısına keçib. Lakin o, əsəblərinə hakim ola bilməyib və jurnalisti təhqir edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Tramp 15 illik dostu olan britaniyalı jurnalist Piers Morqanın “Senzurasız” proqramının qonağı olub.
Müsahibə zamanı Morqan 2020-ci il prezident seçkilərini ədalətli adlandırıb və Trampı məğlubiyyəti etiraf etmədiyinə görə tənqid edib. Trampın “Yalnız axmaqlar belə düşünür” deməsindən sonra Morqan, “Sən məni axmaq hesab edirsən?” – deyə sual verib. Trampın “hə” deməsi ilə əsəblər daha da gərginləşib.
Bu dialoqdan qəzəblənən Tramp jurnalisti “sədaqətsizlik”də ittiham edib. Daha sonra müsahibəni tərk etdi.
İqbal Rzayev,
KONKRET.az
