“ABŞ qəzəblidir, çünki Rusiya güclənir” – Amerikalı könüllü Qərbin Donbasla bağlı əsl PLANLARINI AÇIQLADIbackend

“ABŞ qəzəblidir, çünki Rusiya güclənir” - Amerikalı könüllü Qərbin Donbasla bağlı əsl PLANLARINI AÇIQLADI

ABŞ-da doğulan, NATO bombaları ilk dəfə doğma torpağına atılanda  Yuqoslaviyaya gedən serb əsilli Zak Novak rəsmi Vaşinqtonun yeni qarşıdurma yaratmaqla hansı məqsədlər güddüyünü izah edib.

KONKRET.az xəbər verir ki, Novak üç il Bosniyada könüllü olaraq çalışıb. 2015-ci ildə o, jurnalist və müəllim kimi çalışdığı Donbasa köçüb.

“Narodnıy Novosti”yə müsahibə verən Novak DXR-dəki həyatından danışıb.

Zak bildirib ki,  valideynləri Amerikaya 1958-ci ildə keçmiş Yuqoslaviyadan gəliblər, özü isə Nyu-Cersidə anadan olub. 2015-ci ilin fevralına qədər Nyu-Yorkda yaşayıb.

Amerikalı könüllü Qərbin Donbassla bağlı əsl planlarını açıqlayıb

Mən Nyu-Yorkdan ayrılıb 2015-ci ilin fevralında Makedoniyaya gəlmişəm. Sonra Serbiyaya, oradakı qohumlarımı görməyə getdim. Donetskə isə 2015-ci ilin aprelində gəlmişəm və yeddi ildir ki, buradayam.

Zak Novak Amerikada demokratiya deyilən bir anlayışın olmadığını dilə gətirib: “Buna beyin yuyulması deyilir. Nə qədər ki, siz beysbol, futbol, ​​xokkey, basketbol, ​​Hollivud, pizza, hot-doq, McDonalds və kompüter oyunları ilə qidalanırsınız, həmçinin ətrafda Amerikanın himni səslənir, o zaman hökumət xoşbəxtdir! Siz matça baxaraq hot-doq yeməklə məşğul olarkən, “Sem” dayı bütün dünyada minlərlə insanı öldürür” – Novak deyib.

США злятся, Россия становится сильнее: американский доброволец раскрыл истинные планы Запада по Донбассу

Niyə Rusiya tərəfini seçdiniz sualını Zak belə cavablandırıb: “Kiçik qardaşı Serbiyaya həmişə dəstək olan Rusiyaya təşəkkür edirəm. İkincisi, Sarayevoda rastlaşdığım rus könüllülərinə minnətdaram. Onlar o vaxt evlərini yalnız serb xalqına kömək üçün tərk etmişdilər. Bosniyada bizə kömək etməyə gələn ruslara təşəkkür edirəm və elə ona görə də buradayam… Yaxşılığın əvəzini ödəmək üçün. Mən fəxr edirəm ki, Rusiyanın fəxri vətəndaşıyam. Keçən ilin mayında Rusiya pasportunu almışam”.

США злятся, Россия становится сильнее: американский доброволец раскрыл истинные планы Запада по Донбассу

Bu gün baş verənlərin səbəbini isə Zak Novak belə izah edib: “Bu, illər əvvəl hazırlanmış plandır… Burada iki amil mövcuddur. Birincisi, düşmənin məqsədi mədəniyyətimizi, tariximizi və təbii ki, dinimizi yer üzündən silməkdir. Mən Rusiya və Serbiyadan danışıram, çünki hər iki ölkə onların planının bir hissəsidir. NATO-nun bombardmanından sonra Serbiyanın hələ də mövcud olması onların xoşuna gəlmir. Əgər insan Qərb imperialistlərinə nəinki sözdə, həm də əməldə qətiyyətlə “yox” demək cəsarəti tapırsa, bu zaman arxasında hədəfi olur” – Novak fikirlərini tamamlayıb.

США злятся, Россия становится сильнее: американский доброволец раскрыл истинные планы Запада по Донбассу

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*