Ağdaşda yol qəzası oldu, ölən varbackend

Ağdaşda yol qəzası oldu, ölən var

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki,hadisə Bakı-Şamaxı-Yevlax yolunun 224-cü km-də rayonun Qaraqan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobilin sürücüsü 2002-ci təvəllüdlü İbrahimov Səbuhi Raqif oğlu Göyçay istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan piyada Rəşidov Səməd Sərvər oğlunu vurub.

Daha sonra o avtomobil ilə yol kənarındakı su kanalına düşüb.

Sürücü və piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, piyada ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*