Almatı şəhərində də Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi – FOTOLARbackend

Almatı şəhərində də Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi - FOTOLAR

Qazaxıstanın Almatı şəhərində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Ata Yurd (Nomad) İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Qazaxıstan Səfirliyinin Almatı şəhəri üzrə nümayəndəsi, Türkiyənin Almatı şəhərindəki Baş konsulu, Dünya Ahıska Türkleri Birliyinin rəhbərliyi, Qazaxstan Xalqı Assambleyasının üzvləri, yerli ziyalılar və Azərbaycan icmasının fəalları iştirak ediblər. Qeyd olunub ki, XX əsrin sonunda baş vermiş bu soyqırımı ermeni faşizminin bariz nümünəsidir və dünya birliyi bu hadisəyə hüquqi-siyasi qiymət verməlidir.

Tədbirin sonunda icma nümayəndələri adından Xocalı Soyqırımına dair bəyanat bəbul edilib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin vəhşilikləri qətiyyətlə pislənir və Azərbaycan xalqı ilə həmrəylik ifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*