“Ayıq sürücü” filminin aktyorlarına hücum olub?backend

“Ayıq sürücü” filminin aktyorlarına hücum olub?

“Ayıq sürücü” filmində iştirak edən aktyorların təhdid olunması və hücuma məruz qalması ilə bağlı iddialar araşdırılıb.

KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli APA-ya bildirib ki, Buzovna qəsəbəsinin bir qrup sakini ilə aktyor heyətinin görüşü olub.

Görüşdə anlaşılmazlıq yaradan hallara görə filmdən həmin hissələrin çıxarıldığı diqqətə çatdırılıb. Aktyorlara hücum edilməsi və digər qanunsuz hallarla bağlı iddialar isə təsdiqini tapmayıb və buna görə polisə hər hansı müraciət daxil olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*