Azərbaycanlı müğənni, tambur ifaçısı Əfqan Rəhimov xəstəxanaya yerləşdirilib.
KONKRET.az Azxeber-ə istinadən xəbər verir ki, 3 gün öncə yıxılıb və beyninə qan sızıb. Hazırda Balakən rayonu Mərkəzi Xəstəxanada reanimasiyadadır.
Bu haqda tanınmış prodüser Samir Xəttab məlumat verib.
Qeyd edək ki, Əfqan Rəhimov Balakəndə yaşayır. O bir çox verilişlərdə qonaq olub, musiqi yarışlarında iştirak edib. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.
