Bakı metrosu açılışa hazırlaşır – BU TARİXDƏNbackend

Bakı metrosu açılışa hazırlaşır - BU TARİXDƏN

“Bakı Metropoliteni” QSC xüsusi karantin dövründə işə cəlb olunmayan əməkdaşlarını 1 fevraldan işə cəlb edir.

KONKRET.az modern.az-a istinadən xəbər verir ki, bütün əməkdaşlara, maşinistlərə xidmət göstərdikləri stansiya üzrə işdə olmaq tapşırığı verilib. Bunun metronun fəaliyyətinin bərpasına hazırlıq çərçivəsində edildiyi vurğulanır.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, bu, yoxlama xarakteri daşıyır: 

“Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 1 fevralda qərar veriləcəyi gözlənilir. Metro açılacaq, açılmayacaq, açılacaqsa, hansı tarixdən açılacaq, bu, Operativ Qərargahın qərarına bağlıdır”.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən sonuncu brifinqdə 15 fevraldan ali məktəblərdə əyani dərslərin bərpa olunacağı anonsu verilib. Nazir dərslərin başlayacağı təqdirdə metronun fəaliyyətinin bərpa olunacağını qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*