Bakıda 15, Gəncədə 16 yaşlı qız İTKİN DÜŞDÜbackend

Bakıda 15, Gəncədə 16 yaşlı qız İTKİN DÜŞDÜ

Bakıda 15 yaşlı qız itkin düşüb.

KONKRET.az-ın xəbərinə görə, hadisə mayın 27-də paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Aişən Zaur qızı Abbaslı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır.

Analoji hadisə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində də qeydə alınıb.

Şəhər sakini, 2007-ci il təvəllüdlü Aytən Mustafa qızı Orucova yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*