Bakıda 24 yaşlı gəncin idarə etdiyi avtomobil elektrik qatarına çırpıldıbackend

Bakıda 24 yaşlı gəncin idarə etdiyi avtomobil elektrik qatarına çırpıldı

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Qala qəsəbəsində 2000-ci il təvəllüdlü Əhmədov Nabil Habil oğlunun idarə etdiyi avtomobil hərəkətdə olarkən elektrik qatarına çırpılıb.

Hadisə zamanı xəsarət almış sürücü deformasiyaya uğramış avtomobildən çıxarılaraq, təcili tibbi yardımın köməkliyi xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*