Binəqədi rayonu ərazisində qəza baş verib.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, səhər saatlarında Binəqədi şossesində baş verən qəza zamanı 10TG635 dövlət nömrə nişanlı 108A marşurut avtobusu ilə betonqarışdıran maşın toqquşub.Hər iki nəqliyyat vasitəsinə zərər dəyib. Hadisə yerinə 6 təcili tibbi yardım maşını cəlb olunub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından KONKRET.az-a verilən məlumata görə, qəzada üç nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağır kimi qiymətləndirilib. Bir nəfər isə tibbi yardımdan imtina edib.
Bakı Nəqliyyat Agentliyindən KONKRET.az-a verilən məlumatda isə bildirilir ki, “Manella MMC”-nin müvəqqəti istsimarında olan 108 A müntəzəm marşrut xətti üzrə 10 TG 635 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.
Hadisəylə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. “Manella MMC”-nin rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.
Agentliyin əməkdaşları hazırda hadisə yerindədir.
