Bakıda əri tərəfindən bıçaqlanan qadın iki gün sonra ölüb.
KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Avqustun 17-də 1999-cu il təvəllüdlü Xumar Həsənli adlı xanım həyat yoldaşı Bəxtiyar Vəliyev tərəfindən bıçaqlanıb. Ağır xəsarətlərlə qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, Bəxtiyar Vəliyev tutulub.
Həkimlərin səyinə baxmayaraq qadın iki gün sonra xəstəxanada ölüb.
Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi açılan cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.
