Bakıda intihar hadisəsi olub.
KONKRET.az lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Yasamal rayonu, Kənar dairəvi yol yaxınlığındakı binalardan birində baş verib.
Şəmkir rayon sakini 32 yaşlı Sərdar Sərdar oğlu Əmiraslanlı 9 mərtəbli binanın dəhlizinin pəncərəsindən özünü atıb. Nəticədə o, hadisə yerində keçinib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
