Bakıda yol-nəqliyyat hadisəsi oldu – İşıqfor yararsız vəziyyətə düşdübackend

Bakıda yol-nəqliyyat hadisəsi oldu - İşıqfor yararsız vəziyyətə düşdü

Binəqədi rayonu, Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, qəza nəticəsində 1 ədəd işıqfor yararsız vəziyyətə düşüb.

Qeyd olunub ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan işıqforun yenisi ilə əvəz edilməsi ilə bağlı işlər görüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*