Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 6 yaşlı Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.