Bu ölkədə fahişəlik qadağan edilir – Cinsi istismara şərait yaradanlar cəzalandırılacaqbackend

Bu ölkədə fahişəlik qadağan edilir - Cinsi istismara şərait yaradanlar cəzalandırılacaq

İspaniya 25 ildir cinayət məsuliyyətindən çıxarılan fahişəliyi qadağan etməyi planlaşdırır.

KONKRET.az “Euronews”a istinadən xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançez qadınları “kölə etmək” təcrübəsini pisləyib və qanunda əhəmiyyətli bir dəyişiklik ediləcəyini diqqətə çatdırıb.

Baş nazir fahişəliyi qadağan etmək üçün qanun hazırlayacağını və cinsi istismara şərait yaradanların cəzalandırılacağını söyləyib.

Sonda Sançez “Qadınları köləyə çevirən fahişəliyi ləğv edərək irəliləyəcəyik” ifadəsi ilə fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*