Bu ölkədə Senat sədri silahlı hücumda YARALANDI – FOTObackend

Bu ölkədə Senat sədri silahlı hücumda YARALANDI - FOTO

Haiti Senatının (parlamentin yuxarı palatası) sədri Cozef Lambert bazar günü silahlı hücum nəticəsində yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli “Gazette Haiti” portalı məlumat yayıb.

Qeyd olunub ki, senator parlament iclasını tərk etdikdən sonra naməlum şəxslər onun avtomobilinə odlu silahla hücum ediblər.

Bildirilib ki, Lambert avtomobilin şüşəsinin sınması nəticəsində xəsarət alıb.

61 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, vəziyyəti ilə bağlı dəqiq məlumat verilmir.

Məlumata görə, onun mühafizəçilərindən biri güllə yarası alıb.

Qeyd edək ki, oktyabrın əvvəlində Haitinin Baş naziri Ariel Anri beynəlxalq ictimaiyyətdən silahlı cinayətkar qruplaşmalara qarşı mübarizədə kömək istəyib. BMT Təhlükəsizlik Şurası ölkədəki ekstremist qruplara qarşı sanksiyalar və silah embarqosu tətbiq edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*