Bundestaq: “Ukraynanı “Leopard”larla təmin etməliyik”backend

Bundestaq: "Ukraynanı "Leopard"larla təmin etməliyik"

Almaniya Ukraynaya təkcə “Marder” piyada döyüş maşınları deyil, həm də “Leopard” tankları göndərməlidir.

KONKRET.az xəbər verir ki, bunu Bundestaqın vitse-prezidentləri Katrin Herinq-Ekhardt və Volfqanq Kubiki “Hamburger Abendblatt” nəşrinə bildirib.

Herinq-Ekhardt Almaniyanın Ukraynaya piyada döyüş maşınlarının tədarükü ilə kifayətlənməsini səhv adlandırıb.

“Biz əlimizdən gələni edib Ukraynanı təmin etməliyik. Bu, “Leopard” tanklarına da aiddir”, – deyə o əlavə edib.

Vitse-prezident Kubiki həmkarının bu fikrini dəstəkləyib, lakin o qeyd edib ki, bu addımlar NATO müttəfiqləri ilə razılaşdırılmalıdır.

Qeyd edək ki, yanvarın 6-da kansler Olaf Şolts Berlinin “BMP Marder” və bir “Patriot” hava hücumundan müdafiə sistemini Ukrayna ordusuna təhvil verəcəyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*