Çarəsiz ana Heydər Əliyev Fonduna müraciət etdi: ”Qızıma kömək edin, onu ölməyə qoymayın”backend

Çarəsiz ana Heydər Əliyev Fonduna müraciət etdi: ”Qızıma kömək edin, onu ölməyə qoymayın

Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan Şirinova Zəkiyyə Əjdər qızı Heydər Əliyev Fonduna və Hacı Nuran Hüseynovun rəhbərlik etdiyi “Həyat Fondu”na müraciət edib.

KONKRET.az xəbər verir ki, Zəkiyyə Şirinova serebrial iflic olan və hal-hazırda xəstəliyin ən ağır dönəmini keçirən 10 yaşlı qızı Gülnur Şirinlinin müalicəsinə köməklik göstərilməsini xahiş edib:

“Qızım doğulandan serebrial iflic xəstəsidir. Bu günə qədər müalicələri çətinliklə də olsa həyata keçirdə bilmişik. Həkimlərin rəyinə görə qızım bir neçə prosedur müalicədən sonra ayağa dura biləcək. Bu irəlləyişi biz və onu müalicə edən həkimlər də görür. Həyat şəraitimizin dözülməz olduğu, həmçinin maddi imkanımızın çox aşağı olması səbəbindən biz qızımızı artıq 3 ildir müalicə edə bilmirik. Çünki maddi imkanlarımız müalicəni davam etdirməyə imkan vermir. Müalicə və dərmanların qiyməti çox bahadır. Qızım gözümün qarşısında solur. Ona müalicə etdirə bilməmək mənə mənəvi əzab verir. Sizdən xahiş edirəm qızımın müalicəsinə köməklik göstərəsiniz”.

Zəkiyyə Şirinova imkanlı iş adamlarına, xeyriyyəçi insanlara müracitət edərək qızının müalicəsinə kömək göstərilməsini xahiş edib./Alp.az

  • Sefiyarova. Ïlahe
    Fevral 8, 2023 - 15:30

    Hörmətli Mehriban Eliyeva Sizə dəfələrlə məktub yollamişam mənim məktublarıma baxmadılar köməklik eləmədilər məktublarıma cavab vermədilər Hörmətli Mehriban Əliyeva xayiş eliyirəm mənə köməklik eliyin genetik qan analizini vermeyimize iki şikəst uşaqim var vəziyyətimiz çox ağırdır menim pulum yoxdur bu analizi eletdirmeye imkansız kasıb ayleyik Size qurban olum mene köməklik eliyin bu analizi götürsunler bizdən hər iki nesilde bu xesdelik şikestlik var Ruhi xəstə lal kar eplepsiya xesdesi əqli inkişafdan geri qalma daun xəsdəsi şirzafireniya xesdeliyi mənim uşaqlarımda da bu xesdelik şikestlik var qohum deyilik uşaqlarim bu xesdeliyin daşiyicisidir son ümüdüm Sizedir 051.869.99.84.aqdam.zəngişali.kendi

  • Səfiyarova ilahə
    Mart 8, 2023 - 19:00

    Hörmətli Mehriban Əliyeva aqdamda yaşıyıram adım ilahədir oqlum lal kardır eşitme aparatıni itirifdir evdə saxlaya bilmirəm çixir yola maşınların səsini eşitmir dəfələrlə maşin vurmaq isdeyifdir Sizə qurban olum mənim pulum yoxdur aparat almaqa xayiş eliyirəm mənim uşağima eşitme aparatı verəsiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*